Biləsuvarda çobanı öldürən qadın tutuldu

Biləsuvarda çobanı öldürən qadın tutuldu

Daxili İşlər Nazirliyi Biləsuvarda törədilən qətllə bağlı məlumat yayıb.

Aktual.az  DİN-in saytına istinadən xəbər verir ki, dekabrın 26-da Biləsuvar rayonunun Xırmandalı kəndi ərazisindəki "Muğan qışlaq" otlaq sahəsində yerləşən fermada, orada çoban işləyən Yardımlı rayon sakini Nabil Rəhmanovun bıçaqla qətlə yetirilmiş meyiti tapılıb. Biləsuvar RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən həmin fermada yaşayan həmyerlisi Dilərə Orucəliyeva tutulub.
 

Aktual.az 

Xəbər 539 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR