Biləsuvarda atasını öldürən oğul həbs edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Aktual.az-a verilən məlumata görə, mayın 18-də Biləsuvar rayonunun Zəhmətabad kənd sakini İradə Rəsulovanın mayın 14-də atası Təzəbəy Rəsulovun ölməsi, qohumları tərəfindən ona xəbər verilmədən dəfn edilməsi və bu səbəbdən onun öldürülməsindən şübhələndiyini bildirməsi barədə ərizəsi əsasında görülmüş tədbirlərlə T. Rəsulovun meyiti eksqumasiya edilib.
Araşdırmalar zamanı onun boğma yolu ilə qətlə yetirilməsi müəyyən edilib.
Həyata keçirilən istintaq və əməliyyat tədbirləri ilə hadisəni törətməkdə şübhəli bilinən oğlu Rahib tutulub.
Faktla əlaqədar cinayət işi başlanılıb.
*****
Biləsuvar rayonunda qətl hadisəsi baş verib.
Aktual.az-ın APA-ya istinadan verdiyi məlumata görə, hadisə rayonun Zəhmətabad kəndində qeydə alınıb. Kənd sakini Rahib Təzəbəy oğlu Rəsulov həyat yoldaşı Məleykə Rəsulova ilə birlikdə atasını öldürüb.
Qadın saxlanılıb, R. Rəsulovun axtarışları davam edir.
Xəbər 545 dəfə oxunub.