Bikalyo "Qarabağ"ı tərk edir? - Rəsmi

Bikalyo
  • İDMAN

Braziliya mediasında "Botafoqo" klubunun Pedro Bikalyonu satın almaq öhdəliyi ilə icarəyə götürmək üçün "Qarabağ"a təklif göndərməsi ilə bağlı xəbərlər yayılıb. Ağdam təmsilçisi Pedro Bikalyonun transfer xəbərləri ilə bağlı məsələyə aydınlıq gətirib.
Aktual.az xəbər verir ki, məsələ ilə bağlı "Qarabağ" klubundan Oxu.az-a açıqlamada "Botafoqo" komandasından braziliyalı yarımmüdafiəçi ilə bağlı hər hansı rəsmi təklif göndərilmədiyi bildirilib.
Xatırladaq ki, Pedro Bikalyo "Qarabağ"a bu ilin yay transfer pəncərəsində "Palmeyras"dan qoşulub. Onun klubla olan müqaviləsi 2028-ci ilin yayına qədərdir.
Xəbər 57 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR