Daşkəsəndə qadın öz övladlarına xəsarət yetirib.
Aktual.az APA-ya istinadla xəbər verir ki, rayon sakini Saday Əlirzayev Daşkəsən rayon Polis Şöbəsinə müraciət edərək qızı Elmira Pavlovanın azyaşlı övladları - 2010-cu il təvəllüdlü Hüseyn və 2012-ci il təvəllüdlü Əmirxanı döydüyünü bildirib.
Araşdırmalar zamanı Elmira Pavlovanın azyaşlı övladlarına qaz sobasında qızdırılmış bıçaqla xəsarətlər yetirdiyi məlum olub.
Faktla bağlı araşdırma aparılır.
Xəbər 418 dəfə oxunub.