25 dekabr saat saat 23:00-dan 26 dekabr saat 08:00-dək Bakı şəhəri, Səbail rayonu, "Bibiheybət yolu”nda (20-ci sahə istiqamətində) aparılacaq təmir işləri ilə əlaqədar olaraq, nəqliyyat vasitələrinin hərəkəti qısa müddətli məhdudlaşdırılacaq.
Aktual.az xəbər verir ki, sürücülər alternativ olaraq Gülbala Əliyev və Fərman Qurbanov küçələrindən istifadə edə bilərlər.
Xəbər 60 dəfə oxunub.