Qiymətlərin artımı restoran, kafe və barlarının müştərilərinin sayını iki dəfə azaldıb.
Aktual.az xəbər verir ki, Rusiyada xidmət sektoru ağır böhran içərisindədir. Tütün məmulatları və alkoqollu içkilərin qiymətlərinin kəskin qalxması restoran və barların boşalmasına gətirib çıxarıb.
Hazırda bu sektorun ciddi böhran içərisində olduğu bildirilir. Keçirilən bir araşdırma nəticəsində məlum olub ki, mütəmadi restoran və kafelərə gedənləörin 49% 2015-ci ilin əvvəlindən bu iaşə müəssisələrinin xidmətindən ümumiyyətlə istifadə etməyiblər.
Kafeteriyaların müştərilərinin sayı isə 63% azalıb.