"Böhran Rusiyada bütün sahələri vurdu" - Vladimir Putindən tarixi açıqlama


Rusiya prezidenti Putin ölkəsindəki böhranlı vəziyyətdən danışıb.

O, bunu “Kiçik biznes - Milli ideya” adlı altında keçirilən “Rusiyanın dayaqları” forumunda deyib ki, böhran ölkədə orta və kiçik biznes üçün yeni imkanlar açıb:

“Son iki il Rusiya iqtisadiyyatı üçün kifayət qədər çətin oldu, böhran demək olar ki, bütün sahələri vurdu. Ancaq qeyd etmək lazımdır k, orta və kiçik biznes bu prosesdə duruş gətirdi”.

Putin əmin olduğunu bildirib ki, ölkəsinin milli valyutasının çöküşü, dolların yüksəlişi ortaya əla fürsət çıxarıb: "Bu vəziyyət orta və kiçik biznes üçün yeni imkanlar açıb”.

Xatırladaq ki, bu gün ABŞ dolları Rusiyada rekord məbləğə qalxıb. Belə ki, 1 dollar 80 rubl olub.

// Aktual.az

Xəbər 8049 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR