Bəzi valideynlər ailələrin dağıdıcısı rolunda çıxış edirlər

Bəzi valideynlər ailələrin dağıdıcısı rolunda çıxış edirlər

"Uşaqların gec doğulması də nəsillərin yaşlaşmasına gətirib çıxarıb"

Aktual.az xəbər verir ki, bu sözləri İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri, itqisadçı-ekspert Vüqar Bayramov"Həftə içi"nə deyib.

Toya hazırlaşanlar artıq nikah üçün tələb olunan tibbi arayışı "ASAN xidmət" mərkəzindən əldə edə bilərlər. Mərkəzdən "Həftə içi"nə verilən məlumata görə, artıq nikaha daxil olmaq istəyən vətəndaşlar tibbi müayinədən keçdiklərini təsdiq edən arayışı pilot layihə çərçivəsində 5 saylı Bakı "ASAN xidmət" mərkəzində fəaliyyət göstərən Respublika Diaqnostika Mərkəzindən əldə edə bilərlər. Arayışın əldə edilməsi üçün zəruri olan sənədlərə nikaha daxil olmaq istəyən şəxslərin şəxsiyyətini təsdiq edən sənədlər və nikahın qeydə alınması üçün doldurulmuş ərizə-anketin surəti daxildir. Vətəndaşların tibbi müayinədən keçdiklərini təsdiq edən arayış 5 iş günü müddətində verilir və bunun üçün dövlət rusumu ödənilmir. Qeyd edək ki, yalnız "ASAN xidmət" mərkəzləri daxilində nikaha daxil olmaq istəyən şəxslər bu xidmətdən yararlana biləcəklər.

Mütəxəssislər və ekspertlər haqqında bəhs edilən yeni xidmət növünün evlənmək istəyən cütlüklər üçün vaxt itkisinin qarşısının alınması baxımından faydalı olacağını bildirsələr də, bu məsələnin demoqrafik problemlərin həllinə köməklik göstərəcəyini düşünmürlər. Onların fikrincə, demoqrafik problemlərin kökündə dayanan əsas səbəblərdən biri də gec ailə qurmaqla əlaqədardır. Gec evlilik isə bir sıra porblemlərdən qaynaqlanır.

Bölgələrdə gec ailə qurmağa meyl artır

Ekspert bildirib ki, rəhbərlik etdiyi qurum bu istiqamətdə müəyyən araşdırmalar aparıb.Həmin araşdırmaların nəticələrinə görə, son illərdə Azərbaycanda gec evliliyə maraq göstərənlərin, yaxud gec ailə qurmaq məcburiyyətində qalan insanların sayı çoxalır. Onun dediyinə görə, gec ailə qurma təkcə demoqrafik problemlərin həllini çətinləşdirmir, eyni zamanda ölkə iqtisadiyyatına da ciddi mənfi təsirlər göstərir: "Apardığımız araşdırmalara görə, Azərbaycanda ilbəil təbii artım olsa da, müəyyən müddətdən sonra işçi qüvvəsinə olan tələbatın ödənilməsində müəyyən problemlər ortaya çıxır. Yəni ənənəvi sektorlar yaradıldıqca, yeni iş yerləri açıldıqca əmək qüvvəsi çatışmazlığı yaranır. Bu da gec ailə qurma ilə daha çox əlaqəlidir. Çünki uşaqlar gec dünyaya gəldiyi üçün işçi qüvvəsinin böyük qismini yaşlı nəsil təlkil edir. Bu problem həm də nəsillərin yaşlaşmasına gətirib çıxarır. Əgər ailələrin gec qurulmasının qarşısının alınması istiqamətində dövlət səviyyəsində tədbirlər həyata keçirilməzsə, o zaman gələcəkdə həm fəaliyyətdə olan, həm də yeni açılacaq iş yerlərinin gənclərə həvalə edilməsində çox ciddi çətinliklər özünü büruzə verəcək. Başqa sözlə, gənclərin sayının azlığı, yaşlı nəslin nümayəndələrinin çoxluğu məcburi bir vəziyyət yaradacaq ki, işçi qüvvəsinə olan tələbatın müəyyən qismi xarici ölkələrin əməkdaşları, miqrantlar və sair şəxslər tərəfindən ödənilsin. Üstəlik, ailələrin gec qurulması Azərbaycanda məşğulluğun inkişaf etdirilməsini müəyyən dərəcədə əngəlləməklə, ailələrin büdcələrinə və ölkə iqtisadiyyatına da ciddi mənfi təsirini göstərəcək. Çünki tez ailə quran gənclər ailələrinin büdcələrini formalaşdırırlar, israfçılığa yol vermirlər, maliyyə vəsaitlərinə qənaət edirlər və sair. Amma gec ailə quranlar israfçılığa daha çox yol verirlər. Üstəlik, normal yaşda ailə quran gənclər gec evlənənlərə nisbətən daha çox məhsuldar və məsuliyyətli olurlar. Bu kimi amillər də təbii ki ictimaiyyətə, cəmiyyətə, eləcə də ölkə iqtisadiyyatına təsirsiz ötüşmür".
Vüqar Bayramov təəssüflə bildirir ki, Azərbaycanda karyera qurmaq baxımından gec evlənməyə və gec uşaq sahibi olmağa meyl göstərən kişilər və qadınlar da var. Onun dediynə görə, İqtisadi və Sosial İnkişaf Mərkəzinin əməkdaşlarının Bakı şəhərində və regionlarda apardıqları araşdırmalar və monitorinqlər zamanı onlar sözügedən acınacaqlı vəziyyətlə bağlı neqativ və xoşagəlməz halları da aşkara çıxarıblar: "Karyera qurmaq baxımından gec ailə qurmaq istəyənlərin sayının çoxluğu onunla əlaqədardır ki, onlar ailə həyatının onların işlərinə və karyeralarına mənfi təsir göstərə biləcəyini düşünürlər. Bundan başqa, Azərbaycanda gec uşaq dünyaya gətirmək ölkəmizdəki qadınlar arasında ənənəvi şəkildə yayılıb. Hətta bəzi qadınlar 50 yaşdan sonra uşaq dünyaya gətirirlər. Qadınların müəyyən qismi düşünür ki, erkən uşaq dünyaya gətirmək, onlara müəyyən enerji və vaxt sərf etməkbu xanımların ömürlərinin bir hissəsini puça verməkdən və vaxt itirməkdən başqa bir şey deyil. Bəziləri isə gəlirlərin azlığını əsas gətirərək gec uşaq sahibi olurlar. Bunun üçün əhalinin gəlirlilik və yaşayış səviyyəsinin yüksəldilməsi də mütləq vacibdir. Təəssüflər olsun ki, karyera baxımından gec ailə qurmaq və gec uşaq sahibi olmaq istəyənlərin sayında kəskin artım var və gələcəkdə bu say artımı daha çox ola bilər. Bütün bunlar da dediyim kimi məşğulluq siyasətinin dolğun yerinə yetirilməsində, ölkənin əmək qüvvəsinə olan tələbatının ödənilməsində və sair məsələlərdə mənfi tendensiyaların yaranmasına birbaşa və birmənalı olaraq təsirini göstərəcək".

Bəzi valideynlər ailələrin dağıdıcısı rolunda çıxış edirlər

"Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova da son illərdə gənclərin gec ailə qurmağa meylli olmasından ciddi narahatdır. Onun dediyinə görə, 1980-ci ildə 60 min 134 nikaha girən oğlanın təxminən yarısı, yəni 30 min 359-u, qızlardan isə 47 min 260-ı, yəni 79 faizi 18-24 yaş arasında ailə qurublar. 24 min 213 oğlan (nikaha girənlərin 40 faizi), 9564 qız isə (nikaha girənlərin 16 faizi) 25-34 yaş aralığında nikaha giriblər: "Son illərdə 25-34 yaş və daha yuxarı yaşda ailə quranların sayı artır. Hətta son 20 ildə hər il 4-5 min qız yeniyetməykən ailə qurur. Son illərdə 18 yaşadək ailə quran oğlanların sayı isə 20-ni keçmir".

Birlik sədri qeyd edib ki, əvvəllər ailələr övladlarına ailə qurmaları üçün stimul, təkan verirdilər. Oğlanlarına tanıdıqları qızı təklif edirdilər, oğlan da razılaşırdı, oğlanı görməyən qız da: "Amma indi gənclərimiz fərqli düşünürlər. Özləri axtarıb tapmaq istəyirlər və onlar tapana qədər də vaxt gedir. Düşünürəm ki, gənclərimizin bu gün gec evlənməsinin əsas səbəbi bütün gün işləmələri, işdən baş açmamalarıdır. Yəni bütün gün məşğul olmaları onlara tanışlıq üçün imkan yaratmır. Gənclərimiz ancaq universitetdən və işdən evə və əks istiqamətə hərəkət etməyə vaxt tapırlar. Yaxud həm oxuyub həm işlədiklərindən, ya da 2 yerdə işlədiklərindən ailə qurmaq yaddan çıxır. Gənclərimizin gec evlənməsinin ikinci səbəbi karyera pilləsinə qalxmaq arzularıdır. Bu pilləyə qalxanda da uşaq dünyaya gətirmək karyeranın müəyyən mərhələsində arzuolunan deyil. Üçüncüsü, iqtisadi amildir. Gənclər iqtisadi baxımdan müstəqil olmaq istəyirlər. Buna görə də çalışırlar ki, öz iqtisadi imkanlarını yaxşılaşdırsınlar, valideynlərindən asılı olmasınlar. Dördüncüsü, gənclər arasında bir-birlərinə inamsızlıq var. Gənclər bir-birlərinə etibar etmirlər. Çox az hallarda olur ki, gənclər özləri kimi düşünən, özlərinə uyğun adam tapa bilirlər".

Mehriban Zeynalova vurğulayıb ki, ailədə zorakılıq amilləri də gənclərin gec evlənməsinə səbəb olur. Ailədə zorakılıq imkan vermir ki, insanlar bir-birlərinə güvənib evlənsinlər: "Yəni anasının döyüldüyünü, əzildiyini görən qız özünün də gələcək aqibətindən qorxaraq hər adama etibar edə bilmir. Amma ümumilikdə gec ailə quranların getdikcə artması aidiyyəti qurumlar üçün bir siqnal olmalıdır. Çünki bir neçə ildir, deyirik ki, məşğulluq insanların ailə qurmasında problem yaradacaq. 30-40 yaşlarında ailə qurmaq tendensiyaları müşahidə edilir ki, bu da genefondumuz üçün təhlükəlidir. Bu, uşaqların doğum hallarının azalmasına, sonsuzluğa gətirib çıxara bilər. Həyat təcrübəsi göstərir ki, valideynlər tərəfindən verilən təkliflər çox vaxt valideynlərdən asılılıq yaradır. Əvvəllər valideynlər daha çox moderator rolunda çıxış edirdilər, ailənin qurulmasına, saxlanmasına təsir edirdilər. İndi valideynlər də iqtisadi yükü öz üzərlərinə götürmək istəmir, eyni zamanda moderatorluğu da pozitiv şəkildə həyata keçirmirlər. Daha çox dağıdıcı rolunda çıxış edirlər. Nəticədə yeni qurulan ailədə söz-söhbət, dava-dalaş meydana gəlir ki, bu da sonda boşanmalara gətirib çıxarır. Əgər valideynlərin iqtisadi cəhətdən gənc ailəyə təsir etmək imkanları varsa, onlar hakimiyyəti öz əllərinə almaq və öz istədikləri kimi idarə etmək istəyirlər. Bununla da gənclərin çoxu razılaşmır. Ona görə də bu cür problemlər dövlət səviyyəsində həll olunmalı, əhali arasında maarifləndirilmə işləri gücləndirilməlidir".

 
Xəbər 947 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR