Avqustun 19-u saat 9:00-a olan məlumata əsasən Azərbaycanda əsasən yağmursuz hava şəraiti müşahidə olunub.
Bu barədə
Aktual.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, gündüz bəzi yerlərdə qısamüddətli yağış yağıb, şimşək çaxıb.
Düşən yağıntının miqdarı Lənkəranda 6 mm, Astarada 2 mm, Cəlilabad, Daşkəsən, Gədəbəy, Gəncə, Qobustan, Sabirabad, Biləsuvar, Bakıda və Abşeron yarımadasında 1 mm-dək olub.
Şərq küləyi arabir Culfada 18 m/s-dək güclənib. Şəmkir, Qrız, Lerikdə duman müşahidə olunub.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 33, Naxçıvan MR-da 34, Aran rayonlarında 33, dağlıq rayonlarda 21 dərəcəyədək isti qeydə alınıb.
Xəbər 153 dəfə oxunub.