Azərbaycan səhiyyəsinin mövcud durumu, ölkəmizdən xaricə üz tutan xəstələrin əsas müraciət etdikləri sahələrlə bağlı ekspert, VİAS şirkıtinin rəhbəri Sənan Quliyevin AZXEBER.COM-a müsahibəsini təqdim edirik:
- Sənən bəy, səhiyyə turizmi dedikdə nə başa düşülür?
Sağlıq Turizmi insanların bu və ya digər səbəbdən müalicə məqsədi ilə başqa ölkəyə getmələridir. Bunun səbəbi ölkələrindəki səhiyyə texnalogiyasının, tibbi personalın, xidmət keyfiyyərinin zəif olması, insaların müalicəylə səyahəti birləşdirmək istəmələri, ölkələrində xəstəliyə diaqnoz qoyula bilinməməsi kimi müxtəlif səbəblər olur. Bu xidmət sektoru Amerika, Almanya, İsrail, Uzaq Şərqi Asiya ölkələri və son illərdə səhiyyə sahəsində əldə etdiyi nailiyyətlərlə Türkiyədə çox populyardır.
- Siz özünüz neçə ildir səhiyyə turizmi ilə məşğulsunuz və sizin fəaliyyətiniz nədən ibarətdir.?
Biz 9 ildir ki, sağlıq turizmi ilə məşğuluq. Bu sahə üzrə 2011-ci ildə VİAS şirkətini yaratdıq və fəaliyyətimizi daha peşəkar səviyyədə davam etdirməyə başladıq. VİAS-ın xidmət verdiyi insanlar arasında Azərbaycan vətəndaşları ilə yanaşı İraq, Liviya, Əlcəzair, İordaniya, Səudiyyə Ərəbistanı, Gürcüstan, Rusya, Ukrayna, Qazaxstan, Türkmənistan, Kosova, Serbiya, Makedonya, Maldova kimi ölkələrdən olan vətəndaşlar da var.
VİAS bir Sağıq Turizm agentliyi kimi fəaliyyət göstərir və iş prinsipi - müraciət edən insanları dinlədikdən sonra ən doğru həkimə və bu həkimin fəaliyyət göstərdiyi xəstəxanaya yönləndirmək və bununla yanaşı Türkiyəyə gəldikdən etibarən qarşılanma, tərcüməçi və xüsusi avtomobillə təmin olunmaları, müalicə müddəti, yeri və istəyə görə yaşayış yeri ilə təmin olunma, uzun müddətli müalicələrdə vətənlərinə dönərkən deport kimi probemlərlə qarşılaşmamaq üçün yaşayış yerinin qeydiyyata alınması, xəstəxanalarda xəstə haqlarının müdafiə olunması, müalicədən sonra mütəmadi suallar və ya dərmanların təmin edilərək vətənlərinə göndərilməsi kimi xidmətlərdən ibarətdir.
Sualınızın ikinci bəndinə bir də belə bir sul əlavə etmək istərdim, "Niyə insanlar müalicə üçün birbaşa xəstəxanalara deyil, sizə müraciət etməlidirlər?!" Müalicə olunan insanlar güclü həkimlərlə əməliyyat olunmaq istəyirlər. Bu bütün xəstələrin istəyidir. Kiçik xəstəxanalardan ən böyük xəstəxanalara kimi heç birində bütün həkim heyəti çox güclü ola bilməz. Yəni xəstəxanadakı həkimlərdən hansısa travmatoloq güclü, ancaq cərrah orta səviyyəli və ya az təcrübəli ola bilər. Xəstəxana isə onlara müraciət edən xəstələrə “bizim cərrah sizin istədiyiniz qədər peşəkar deyil” cümləsini heç bir zaman deməz. Məhz buna görə insanlar bizə müraciət edirlər. VİAS hər sahənin ən güclü həkimlərini tanıyır və xəstələri məhz belə həkimlərə yönləndirir. İnsanlar Türkiyəyə gəlmədən bizə əllərində olan analiz və tibbi filmləri (MRT, Tomografiya, Rentgen), tibbi rəyləri göndərir və biz onları həkimlərə göstərdikdən sonra ilkin məlumatla ya Türkiyəyə dəvət edir və ya gəlmələrinə ehtiyyac olmadığını bildiririk.
-Artıq bu sahədə VİAS şirkəti öz sözünü demiş brendlərdən biridir. Maraqlıdır, Azərbaycandan sizə müalicə məqsədi ilə müraciət edən xəstələr daha çox nədən şikayət edirlər?
Bu günə kimi Azərbaycandan Ürək və Ağciyər köçürməsindən başqa bütün müalicə və əməliyyatların təşkilini həyata keçirmişik. Ən çox müraciət olunan sahələr onkoloji əməliyyatlar və müalicələri, sonsuzluq, ortopedik və nevroloji əməliyyatlar, sümük iliyi köçürməsi, böyrək və qaraciyər köçürmələri, müxtəlif daxili orqan cərrahiyyələri, ürək-damar sistemi əməliyyatları, göz və estetik əməliyyatlardır.
-Son illər Azərbaycanda yeni özəl klinikalar yaranır. Və vaxtaşırı olaraq biz reklamlarda hansısa bir türk həkiminin klinikalar vasitəsi ilə buraya gətirildiyini görürük. Bu suala Türkiyədə yaşayan və bu sahədə olan birisi kimi cavab vermənizi istərdim. Bakıya dəvət edilən həkimlərin peşəkarlıq səviyyəsi nə dərəcədədir?
Bu suala dəqiq cavab vermək olduqca çətindir. Türkiyədən Azərbaycana qısa müddətlik gələn həkimlərdən bəzilərini tanıyıram, yetəri qədər peşəkar həkimlərdir. Xüsusən Azərbaycan Tibb Universitetinin dəvəti ilə ildə bir neçə dəfə Azərbaycana gedərək yerli həkimlərlə birlikdə ağır və çətin əməliyyatlar həyata keçirən həkimləri tanıyıram. Belə həkimlərin ATU-nun dəvəti ilə Bakıya getmələrini müsbət hal kimi dəyərləndirirəm. Çünki bu yolla həm Azərbaycan həkimləri belə çətin əməliyyatlar zamanı öz təcrübələrini artırır, həm də xarici ölkələrə gedə bilməyən xəstələrə əməlliyat imkanı yaranır. Lakin bunu da qeyd etmək istərdim ki, belə peşəkar həkimlər bildiyim qədəriylə televiziyalarda reklam olunmurlar.
-Xərçəng, orqan köçürülməsi və buna bənzər çətin əməliyyatlar və müalicələr Bakıda olduqca bahadır. Hətta insanlar evlərini, avtomobillərin satıb müalicə pullarını bir araya topalamağa çalışırlar. Çox vaxt nəticə istənilən kimi olmur. Bəs siz nələr təklif edirsiniz?
Ümumiyyətlə müalicə və sağlamlıq hər yerdə bahalıdır. Adını çəkdiyiniz və çəkmədiyiniz əməliyyatlar Türkiyədə Azərbaycanla müqayisədə ucuz da həyata keçirilə bilər, Azərbaycandan qat-qat baha da. Təbii olaraq biz xəstələrə yüksək keyfiyyətlə yanaşı bunun maddi tərəfini də nəzərə alaraq təkliflər veririk. Bəzən belə düşüncə yaranır ki, xəstə bir başa xəstəxanaya müraciət etsə müalicəsi daha ucuz başa gələr. Ancaq bu belə deyil. Çünki Sağlıq Turizminin təkanverici qüvvəsi bizik və buna görə də xəstəxanalar bizə xüsusi güzəştlərə gedir. Əsas amil doğru həkimdir. Bizim fəaliyyət göstərdiyimiz bu xidmət sahəsi bu günə kimi gördüyünüz bütün xidmət sahələrindən həm ağır, həm də ən məsuliyyətlisidir.
Mən ilk növbədə hər kəsə xüsusən də 40 yaşı tamam olmuş kişi və qadınlara vaxtında və mütəmadi olaraq müayinə olunmağı, gənclərimizə ailə qurmadan mütləq lazım olan müayinə və qan analizləri vermələrini məsləhət görürəm.
-Bütün dövürlərin ən aktual məsələsi sonsuzluq və ya hansısa problemə görə ailəli cütlüklərin övladlarının olmamasıdır. Bakıda suni mayalanma prosesi dərmanlar və müayinələrlə bir yerdə 10 min manatdan aşağı başa gəlmir. Türkiyədə suni mayalanma neçəyə başa gəlir və şirkət olaraq sizin Azərbaycandan gələn xəstələrə verəcəyiniz xidmət nələrdən ibarətdir?
İstər Azərbaycan istər başqa ölkələrdən bu probləmlə bağlı bizə yüzlərlə müraciətlər olunur. Ərəb ölkələri və Azərbaycandan olan çütlüklər utanaraq bəzən də biri digərinin xəbəri olmadan müraciət edirlər. Biz hər dəfə müraciət edənlərin hər birinə qayğı ilə yanaşıb bunun utanılacaq hal olmadığını, bunda heç kimin günahı olmadığını izah edir və onlara insan anatomiyasının olduqca qarışıq bir sistem olduğunu deyirik. Müasir tibbin inkişafı ilə artıq sonsuzluq demək olaraq aradan qaldırılıb. Biz zaman-zaman müxtəlif kompaniyalarla insanları sağlamlıqlarını qorumağa dəvət edirik. Belə kompaniyalardan biri də süni mayalanma ilə bağlıdır. Biz həkimlərimizlə bir araya gələrək bütütn paket qiyməti 4450 dollar olan kompaniya başlatdıq. Kompaniyaya İstanbulda qarşılanmadan, 20 günə qədər yaşayış, müayinələr, dərmanlar, suni mayalanma, hamiləlik analizləri, havalimanına yolasalmaya qədər hər şey daxildir. Bu kompaniyanın məqsədi belə problemi olan cütlükləri süni mayalanma yoluna getmələrinə cəsarətləndirməkdir. Çünki övlad sahibi olmaq hamının haqqıdır.
-Bildiyimiz qədəri ilə VİAS saç əkilməsi ilə bağlı da yeni bir kompaniya keçirir. Bu haqda bizə biraz məlumat verərdiniz.
Biraz əvvəl qeyd ettiyim kimi VİAS zaman-zaman müxtəlif kompaniyalarla insanları sağlamlıqlarını qorumağa dəvət edir. 1399 avroya biz bu kompaniyanı keçiririk. Saç əkimində də təyyarə biletindən tutmuş, qarşılanma, oteldə qalma, saç əkimi, dərmanlar və havalimanına yola salmağa qədər hər şeyi daxil etdiyimiz paketlə qısa müddətlik də olsa bu halı aradan qaldırmaq istəyən insanlara dəstək olmağa çalışırıq.
-Sənan bəy, yəqin razılaşarsınız ki, bu gün Azərbaycan səhiyyəsi bir çox qonşu ölkələrlə müqayisədə geri qalır. Bəs Türkiyədəki həkimlər azərbaycanlı həkimlərin xəstələrə yazdıqları səhv müalicə üsullarını görəndə hansı reaksiyanı verirlər?
Təcrübələrimizə və müşahidələrimizə əsaslanaraq deyə bilərərəm ki, Azərbaycanda az da olsa hər sahədə güclü həkimlər var. Hətta Azərbaycandan xəstələr bizə müraciət edəndə ilk olaraq məhz belə həkimlərə müayinə olmalarını məsləhət görürük. Təbii ki, ən çox qarşılaşdığımız xoşagəlməz hal lazımsız əməliyyatlar, düzgün qoyulmayan diaqnozlar və müalicələrin düzgün və axıra qədər həyata keçirilməməsidir. Xəstəyə bunu nə biz, nə də həkim bildirməsə də xəstə özü bunu başa düşür.
// Azxeber.com