Bəzi dünya liderləri COP29-da iştirak etmədi - Bayramov

Bəzi dünya liderləri COP29-da iştirak etmədi - Bayramov

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov bəzi dünya liderlərinin COP29-da iştirak etməməsinə münasibət bildirib.
Aktual.az xəbər verir ki, nazir jurnalistlərə açıqlamasında deyib ki, indiyə qədər 80-dən çox ölkənin dövlət və hökumət başçıları COP29-da iştirak edib.
"Konvensiyaya üzv olan 198 tərəf var. Bir-iki istisnanı çıxmaq şərti ilə, 198 tərəfdən demək olar hamısının nümayəndə heyəti Bakıdadır. Onlar hazırda bu mövzu ilə məşğul olurlar. Bu və ya digər liderin iştirak edib-etməməsinə gəlincə isə, Azərbaycan olaraq, bizim qapımız hər kəsin üzünə açıqdır. Biz onların hər birini konfransda görməkdən məmnun olardıq. Biz indi ancaq Konfransın uğuruna köklənməliyik”, - nazir qeyd edib.
Xəbər 60 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR