"Güclü qar səbəbindən sərnişindaşıma ilə məşğul olan avtobusların hərəkətində heç bir problem yaşanmayıb".
Aktual.az APA-ya istinadən xəbər verir ki, bunu Beynəlxalq Avtovağzal Kompleksinin növbə rəisi Məhəmməd Abdullayev bildirib.
"Yalnız hava şəraiti ilə əlaqədar Şamaxı-Ağsu yolu ilə avtobusların hərəkəti dayandırılıb. Avtobuslar aşağı, Kürdəmir yolu ilə hərəkət edirlər. Qalan bütün yollarda avtobusların hərəkəti normaldır. Düzdür, qar çox yağsa da heç bir avtobus yolda qalmayıb", - deyə M.Abdullayev bildirib.
M.Abdullayev ötən illərlə müqayisədə bu il sərnişinləri az olduğunu da qeyd edib.