“Qarabağ” güclü komandadır. Futbolçuları topla yaxşı rəftar edir. Onlar hər an rəqibi məyus etməyə qadirdir”.
Aktual.az xəbər verir ki, bu sözləri Qol.Az-a açıqlamasında “Rudar”ın kapitanı Nedelko Vlahoviç Çempionlar Liqasının II təsnifat mərhələsinin “Qarabağ”la ilk oyunundan (0:0) sonra deyib.
Təcrübəli yarımmüdafiəçi ilk oyunda məqsədlərinə çatdıqlarını bildirib. O, cavab matçı haqda nikbin danışıb:
“Biz çalışdıq ki, qol buraxmayaq. Buna da nail olduq. Bu nəticəni komandamız üçün uğurlu hesab edirəm. Cavab matçında daha yaxşı oynamağa çalışacağıq. Monteneqrodakı görüşün də favoriti “Qarabağ”dır. Amma bu futboldur. Bəzən güclü komandalar da məğlub olur. Ümid edirik ki, qələbə qazanan tərəf biz olacağıq. Bunun üçün əlimizdən gələni edəcəyik. Doğma meydanda vuracağımız bir cavabsız qol da bizi növbəti məhələyə çıxara bilər”.