Bir müddət əvvəl insult keçirən tanınmış hakim Ənvər Seyidov işə çıxıb
Aktual.az-ın lent.az-a istinadən məlumatına görə, bir müddət əvvəl reanimasiyaya düşən Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi bu gündən proseslərə çıxmağa başlayıb.
Bu gün onun icraatında 4 cinayət işi var.
Qeyd edək ki, Seyidov Ənvər Cümşüd oğlu hipertonik kriz, ürək çatışmazlığı və beyin qan dövranının keçiriciliyinin pozulması diaqnozu Mərkəzi Neftçilər Xəstəxanasınn reanimasiya şöbəsinə yerləşdirilmişdi.
Aktual.az Xəbər 388 dəfə oxunub.