Beynəlxalq mafiya təşkilatları — Dünyanın ən böyük cinayət qruplaşmaları

Beynəlxalq mafiya təşkilatları — Dünyanın ən böyük cinayət qruplaşmaları

Mafiya — Terror yolu ilə məqsədini həyata keçirən gizli təşkilat və ya cəmiyyət. Bir qrup tədqiqatçılar mafiyanın tarixini daha qədimlərə aid eləyirlər. Onların iddiasına görə, mafiya ərəblərin Siciliyanı işğalları zamanı yaranıb, özü də ərəb kəlməsi «maf(f)ja» - "qurtuluş yeri” sözündən götürülüb. Guya həmin dövrdə siciliyalılar milli dəyərlərin təbliği üçün gizli təşkilat yaradıblar ki, bu təşkilat da zadəgan Siciliya ailələri tərəfindən himayə olunurmuş. Sonradan ada vikinqlər, ardından ispanlar tərəfindən işğal olunanda yerli əhali qula çevrilməkdən qaçmaqdan ötrü vadilər arasındakı dayaq məntəqələrində – mafiyalarda gizlənirlər.

 

"Ölkə.Az"  dünyanın ən məşhur mafiya qruplaşmalarının siyahısını təqdim edir.

1. Siciliya mafiyası


İtaliyanın Siciliya adasında XIX əsrin əvvəllərindən fəaliyyət göstərir və XX əsrin əvvəllərində beynəlxalq təşkilata çevrilib. Əvvəlcə təşkilat zadəganları və portağal plantasiyalarının sahiblərini qoruyur. Bu reket fəaliyyəti idi. Sonradan "Koza Nostra" fəaliyyət sahəsini genişləndirir və cinayət qruplaşmasına çevrilir. XX əsrdən qruplaşmanın əsas fəaliyyəti banditizm olur.


2. Rus mafiyası


Rəsmi olaraq ən dəhşətli cinayət qruplaşmasıdır. FTB-nin xüsusi agentləri rus mafiyasını dünyanın ən təhlükəli adamları adlandırırlar. Qərbdə rus mafiyası deyəndə, rus, keçmiş sovet respublikalarının miqrantlarının qurduğu istənilən cinayət qruplaşması nəzərdə tutulur. Bir çoxları bədən döyməsindən istifadə edirlər. Qətl sifarişlərini bir çox hallarda hərbi taktikadan istifadə edərək yerinə yetirirlər.


3. "La eMe" Meksika mafiyası


Bu qruplaşma ABŞ-ın cənub sahillərindəki Ari qardaşlığının müttəfiqidir. Narkotik ticarəti ilə məşhurdur. Banda üzvlərini sinəsinə döyülmüş qara əl formalı tatu ilə asanlıqla tanımaq mümkündür.
Meksika mafiyası 1950-ci illərin sonunda Kaliforniya ştatı, Traysi şəhərindəki Dyuel həbsxanasının dustaqları tərəfindən qurulub. Qruplaşmanın əsasını qoyanlar Şərqi Los-Ancelesin 13 meksikalı quldurudur. Onların bəzisi Maravila bandasının üzvləri olublar. Özlərini Meksikanem adlandırırlar, bu isə nautal dilindən tərcümədə "ürəyində tanrı ilə addımlayan" deməkdir.


4. Yakudzalar


Yaponiyanın cinayət sindikatıdır. Yakudzalar digər cinayət qruplaşmalarından çox fərqlənirlər. Onların ofis binaları var və əməlləri barədə mətbuatda açıq-aşkar yazılır.
Bədənlərinə rəngli tatu vurdururlar.


5. Çin Triadası


Çində və Çin diasporunda gizli cinayət təşkilatının formasıdır. Onlar mistik 3 rəqəminə inanırlar və adları da bu rəqəmdən gəlir. Tayvan, ABŞ və çinlilərin kompakt yaşadığı digər şəhərlərdə fəaliyyət göstərirlər. Əsasən narkotik maddə ticarəti və digər cinayət işləri ilə məşğul olurlar.
Triada ən patriotik mafiya qruplaşmasından biridir. Çində baş verən epidemiya vaxtı dərmanı ixtira edən həkimə 1 milyon dollar qonorar vəd etmişdilər.


6. Cəhənnəm Mələkləri (ABŞ)


Dünyanın hər yerində filialları olan ən böyük motoklublardan biridir. Bir çox ölkənin hüquq-mühafizə orqanları klubu "motosikletçilər bandası" adlandırır. Əsasən narkotik maddə ticarəti, reketçilik, qətl, zorakılıq və oğurluq ilə ittiham edilirlər.
Deyilənə görə, İkinci Dünya Müharibəsində ABŞ ordusunda "Hells Angels" adlı ağır bombardmançı eskadrilyası olub. Müharibə bitdikdən sonra pilotlar işsiz qalıblar. Amerika onlarla maraqlanmır və pilotlar motosikletə oturaraq qəddar ölkə əleyhinə üsyana qalxırlar.


7. Mara Salvatrucha


Bu mafiya cinayət biznesinin bir çox sahələri ilə məşğul olur. Əsasən narkotik maddə ticarəti, silah və insan ticarəti, oğurluq, qarət, reketçilik, sifarişli qətl, adam oğurluğu, sutenyorluq, avtomobil oğurluğu, fırıldaqçılıq və çirklu pulların yuyulması gəlir mənbələridir.
Mara Salvatruchanın ərazisində yerləşən səyyar alverçilər və dükan sahibləri gəlirlərindən qruplaşmaya pay verirlər.


8. Rizzuto Monreal mafiyası


Monrealda yerləşən cinayət ailəsidir. Kvebek və Ontario əyalətlərini də nəzarətdə saxlayır. Uzun illər əvvəl bu qruplaşma Nyu-Yorkdakı mafiya ailəsi ilə qohum olur. Bu isə 70-ci illərin sonunda Monrealda mafiya müharibələrinin başlamasına səbəb olur. Rizzutonun dünyanın müxtəlif ölkələrində bir neçə yüz milyon dollarlıq mülkləri var. Otel, restoran, bar, gecə klubları, inşaat şirkəti, qida sənayesi, servis və ticarət şirkətlərinin sahibidir. İtaliyada isə mebel istehsalı və qida sənayesinə sahibdirlər.


9. Munqiki (Keniya) qruplaşması


Munqiki 2002-ci ildən Keniyada qadağan edilmiş siyasi-dini qruplaşmadır. Ənənəvi Afrika dinini bərpa etmək niyyətindədir. Mau-mau üsyanı zamanı ortaya çıxıb. Kütləvi qətllər və polislə toqquşmalara görə məşhurlaşıb.
Munqiki özünü Afrika adətlərinin qorunmasını tələb edən dini qruplaşma sayır. Onun üzvləri Keniya dağları istiqamətində çevrilərək dua edirlər. Qurbankəsmə ayinləri də var.

 

 
Aktual.az
Xəbər 1762 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR