Martın sonunadək ABŞ və Polşa Silahlı Qüvvələrinin iştirakı ilə Polşa ərazisində hərbi təlimlər keçiriləcək.
Bu barədə Pentaqonun rəsmi nümayəndəsi Stiven Uorren bildirib.
Onun sözlərinə görə, təlimlərdə o cümlədən “Petriot” zenit-raket komplekslərindən istifadə ediləcək.
“Təlimdə 100-ə yaxın ABŞ hərbçisi və 30 hərbi nəqliyyat vasitəsi iştirak edəcək”, deyə Uorren qeyd edib.(APA)