Baş komandan kimi səlahiyyətlərimi yalnız özüm məhdudlaşdıra bilərəm.
Aktual.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp "Nyu York Tayms" qəzetinə verdiyi müsahibədə deyib.
Qlobal səlahiyyətlərində hər hansı bir məhdudiyyətin olub-olmadığı ilə bağlı suala Ağ Ev rəhbəri belə cavab verib:
"Bəli, bir məhdudiyyət var. Mənim öz əxlaqım, öz zəkam. Məni dayandıra biləcək yeganə şey budur. Mənə beynəlxalq hüquq lazım deyil. İnsanlara zərər vermək istəmirəm”.
Xəbər 76 dəfə oxunub.