Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasında dəyişiklik olub.
Aktual.az xəbər verir ki, Fonddan APA-ya verilən məlumata görə, Xalid Əhədov Şuranın üzvü seçilib.
X.Əhədov dekabrın 8-dən etibarən "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin (ABB) İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edir. O, bu vəzifədə Elmar Məmmədovu əvəzləyib.
E.Məmmədov ABB-nin İdarə Heyətinin sədri vəzifəsindən uzaqlaşdırılandan sonra Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasından da kənarlaşdırılıb.
E.Məmmədovun Şuradakı səlahiyyətlərini müvəqqəti olaraq ABB-nin İdarə Heyəti sədrinin müavini Elmir Həbibullayev icra edib.
Aktual.az
Xəbər 470 dəfə oxunub.