Azərbaycan Beynəlxalq Bankı Mətbuat xidmətinin rəhbəri, jurnalist Rauf Ağayev bu gün tutduğu vəzifədən istefa verib.
Aktual.az xəbər verir ki, bu barədə APA-ya R.Ağayev məlumat verib.
R.Ağayev fəaliyyətini jurnalist kimi davam etdirəcəyini, yaşıd həmkarları ilə birgə yaratdıqları elektron qəzetdə çalışacağını bildirib.
Qeyd edək ki, R.Ağayev 14 il ABB-nin mətbuat xidmətində çalışıb.