Saxlanılan şəxs Nərimanov polisinə təhvil verilib
Bakıda Rusiyanın beynəlxalq axtarışa verdiyi şəxs tutulub.
Aktual.az-ın Lent.az-a istinadən əldə etdiyi məlumata görə, hadisə Nərimanov rayonu, akademik Həsən Əliyev küçəsindəki ASAN Xidmət mərkəzində baş verib. Mərkəzə sənəd almaq üçün müraciət edən Xaçmaz rayon sakini Bəxtiyar Yüzbəyovun Rusiya Federasiyası Dağıstan Respublikasının hüquq-mühafizə orqanları tərəfindəın beynəlxalq axtarışa verilməsi müəyyən edilib. B.Yüzbəyov saxlanılaraq Nərimanov polisinə təhvil verilib.
Bildirilir ki, B.Yüzbəyov Rusiya Cinayət Məcəlləsinin 322-ci maddəsi ilə axtarışda olub.
Araşdırmalar aparılır.