Beyləqanda dəhşətli cinayətin üstü açılıb.
Aktual.az Apa-ya istinadən xəbər verir ki, rayon Polis Şöbəsindən verilən məlumata görə, rayon sakini, 1992-ci il təvəllüdlü Təhminə Məmmədlinin yaşadığı evdə özünü asması barədə polisə məlumat daxil olub.
Daxil olan məlumat əsasında həyata keçirilən araşdırmalar zamanı T. Məmmədlinin intihar etmədiyi, onun ailə-məişət münaqişəsi zəminində əri 1980-ci il təvəllüdlü Pərviz Məmmədov tərəfindən boğularaq öldürülməsi müəyyən edilib.
P. Məmmədov tutulub.
Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.