Beyləqan rayonunda yol qəzası baş verib.
"Report"un Qarabağ Mərkəzinin məlumatına görə, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.
Belə ki, "Toyota Prado" və "Mercedes" markalı minik avtomobilləri toqquşub. Nəticədə "Mercedes"in sürücüsü ölüb, iki nəfər isə xəsarət alıb. Ölən və yaralanan şəxslərin şəxsiyyəti hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
Xəbər 444 dəfə oxunub.