Beyləqan rayonunda mənzildən meyiti aşkarlanan 39 yaşlı qadının qətlə yetirildiyi müəyyən edilib.
Aktual.az xəbər verir ki, bu barədə Trend-ə Beyləqan Rayon Prokurorluğundan məlumat verilib.
Qeyd edilib ki, aprelin 4-də Beyləqan şəhəri, Nizami küçəsi, ev 7-də yaşayan 1979-cu il təvəllüdlü Əsədova Ramilə Fazil qızının mənzilində meyiti tapılması barədə məlumat daxil olub.
Rayon prokurorluğunun əməkdaşları hadisə yerinə baxış keçirib və və məhkəmə-tibb ekspertinin iştirakı ilə meyitin xarici müayinəsi keçirilib. Müayinə zamanı meyitin üzərində kəsici-deşici alətlə çoxsaylı xəsarətlər aşkar edilib. Meyit daxili müayinə edilmək üçün ekspertizaya təqdim edilib.
Faktla bağlı Beyləqan rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, istintaq davam etdirilir.
Hadisənin kim tərəfindən törədildiyi məlum deyil və faktla bağlı saxlanılan yoxdur.
Xatırladaq ki, aprelin 4-də səhər saatlarında Beyləqan şəhəri, Nizami küçəsi, ev 7-də yaşayan 1979-cu il təvəllüdlü Əsədova Ramilə Fazil qızının mənzilində meyiti tapılıb.
Mərhumənin qonşuları Daxili İşlər Nazirliyinin "102 "qaynar xətti"nə məlumat verib.
Xəbər 668 dəfə oxunub.