Nyu-York Universiteti (ABŞ) alimləri araşdırmalar nəticəsində belə qərara gəliblər ki, beyin üçün ən ziyanlı məhsul şirin qazlı sulardır.
Aktual.az saglamolun.az-a istinadən bildirir ki, alimlər bir neçə il ərzində qazlı içkilərin beyinə olan mənfi təsirini araşdırırdılar. Qazlı içkilərdən süi-istifadə beyinin müxtəlif hissələrində bərpa olunmaz dəyişikliklərə səbəb olur. Bu da beyinin fəaliyyətinin, yaddaşın pozulmasına gətirib çıxardır və hətta Alsheymer xəstəliyinin, beyin şişlərinin, insultun riskini artırır.