Beyin axınının qarşısını almaq üçün ciddi addımlar atılır -Əli Abbasov

Beyin axınının qarşısını almaq üçün ciddi addımlar atılır  -Əli Abbasov

Onlayn beyin axınının qarşısının alınması istiqamətində Azərbaycanda önəmli addımlar atılır.

Aktual.az-ın Trend-ə istinadən məlumatına görə, bunu rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov AMEA-nın 70 illik yubiley mərasimində “Azərbaycan elmi və yüksək texnologiyaların inkişafı” mövzusunda çıxışı zamanı deyib.

Nazir bildirib ki, bu gün ölkə başçısının həyata keçirdiyi siyasətin bir istiqaməti də intellektual insan resurslarının məşğulluğa cəlb olunmasıdır: “Bu, yeni bir formada həyata keçirilir. Cənab Prezident çıxışında qeyd etdiyi kimi, texnoparkların, güzəştli iqtisadi zonaların yaradılması, həm daxili, həm də xarici investorların sənaye potensialının gücləndirilməsinə yönələn investisiyalar bu siyasətin əsasını təşkil edir. Bu yanaşma, həmçinin investisiyaları genişləndirmək üçün yeni maliyyə resurslarının artırılması məqsədi daşıyır. Bu ümumi dövlət investisiyasından başqa, müxtəlif fondlar vasitəsilə innovativ texnoloji inkişaf üçün stimullaşdırma siyasəti yolu ilə reallaşdırılır”.

Onun sözlərinə görə, intellektual mülkiyyətin qorunması, startapların yaradılması və bu istiqamətdə aparılan işlər buna əyani sübutdur: “Burada vacib məsələ formalaşan beyin axınını Azərbaycanda saxlamaqdır. Əsasən, bu gün beyin axınının yeni bir formasının - onlayn beyin axınının qarşısını almaqdır. Yəni internet üzərindən beyin axını. Artıq bir çox ölkələrdə təhlillər göstərir ki, hər bir mütəxəssis internet üzərindən digər ölkələrə öz əməyini daşıyır. Biliyi, ümumiyyətlə, satın almaq olar, burada patentlərin, ixtiraların və məqalələrin alınmasını nəzərdə tuturam. Amma bilik, intellekt daşıyıcısı olan insanı qorumaq ən vacib şərtdir ki, bu istiqamətdə də önəmli addımlar atılır”.

Xəbər 535 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR