Bəy toyuna iki gün qalmış yoxa çıxıb.
''Delta Telecom''un əməkdaşı olan 31 yaşlı Ramil Hətəmov oktyabrın 1-də evdən çıxıb və bundan sonra ondan xəbər yoxdur.
Ramilin qardaşı Şamil Hətəmov bildirdi ki, qardaşı 2004-cü ildən Bakıda işləyir. Bir neçə gün əvvəl Qəbələyə toyunu etməyə gəlmişdi. Oktyabrın 3-də Ramilin toyu olmalı idi, lakin iki gün əvvəl itkin düşüb. Ona görə də toy təxirə salındı.
Ş.Hətəmovun qardaşının yoxa çıxmasında heç bir səbəb göstərə bilmədi: ''İlk olaraq düşündük ki, bəlkə evlənmək istəmir. lakin bu, inandırıcı görünmədi. Özü həvəslə dəvətnamələrini yazaraq qonaqları toya dəvət edirdi. Şübhəli məqam Bakı ilə bağlıdır. 10 ildən artıqdır orada işləyir və yaşayır. Orada hansısa problemi olmasından xəbərsizik''.
R.Hətəmovun itkin düşməsi barədə xəbəri qafqazinfo' yayıb. Məlumatda deyilirdi ki, R.Hətəmov oktyabr ayının 1-də günorta saatlarında telefon düzəltdirmək, bankomatdan pul çəkmək adı ilə Qəbələ rayonunun Soltannuxa kəndində evdən çıxıb və bir daha qayıtmayıb. Şəxsin heç bir əqli və ya psixoloji problemi olmayıb.\criminal.az