"Beşiktaş"ın Azərbaycanda özəl oyunu olacaq

  • İDMAN

Türkiyə çempionu "Beşiktaş" Azərbaycana gələcək.

Aktual.az  apasport.az-a istinadən xəbər verir ki, bu barədə klubun prezidenti Fikrət Orman məlumat verib.

İstanbulda baş verən terrorla əlaqədar "Bursaspor"un rəhbəri Ali Ay televiziya verilişlərinin birinə zəng edərək, "Beşiktaş" klubuna maraqlı təklif irəli sürüb. O, iki komanda arasında xeyriyyə matçının keçirilməsini və oyundan gələcək gəlirin şəhid ailələrinə verilməsini təklif edib: "Rəqabət meydanda olur, kənarda isə qardaşlıq hökm sürməlidir. Hamımız bu Vətənin övladıyıq. Fikrət Ormanla görüşümdə də öz fikrimi dedim. Hansı meydanda keçirilməsindən asılı olmayaraq, xeyriyyə görüşünün vacibliyinə qərar verdik. Həmkarım klubun İdarə Heyəti ilə görüşdükdən sonra cavabını verəcək".

Orman da təklifə cavabını artıq bildirib. "Beşiktaş" rəhbəri matçın "Bursaspor"un meydanında baş tutmasını istədiklərini qeyd edib. Bundan əlavə, o, Azərbaycana səfər edəcəklərini açıqlayaraq, qarşılaşmanın tarixinin hər iki klubun proqramına uyğun şəkildə təyin olunmasının tərəfdarıdır: "Rəqibimizi iki dəfə qəbul etmişik. Budəfəki qarşılaşmanın "Timsah Arena"da keçirilməsini istərdik. Təbii ki, əvvəldən hazırlanmış proqramlar var. "Beşiktaş"ın Azərbaycanda özəl oyunu olacaq. Hələ həmin görüşün tarixi müəyyənləşdirilməyib. Yanvarın 10-12-si aralığında Antalyada olacağıq. "Bursaspor"un prezidenti mənə müraciət etdikdən dərhal sonra biz Azərbaycan tərəfindən matçın tarixinin dəqiqləşdirilməsini xahiş etdik. Onlardan xəbər gələn kimi, biz də "Bursaspor"a cavab verəcəyik. Əgər bu dönəmdə olmasa, milli komandaların oyunu zamanı xeyriyyə görüşünü keçirə bilərik".
 
Aktual.az  
Xəbər 635 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR