Türkiyənin "Beşiktaş” klubu 6 futbolçusunu satışa çıxarıb.
Aktual.az-ın Report-a istinadən verdiyi məlumata görə, onların arasında Ermənistan yığmasının üzvü Aras Özbiliz də var.
İstanbul təmsilçisinin satmaq istədiyi digər oyunçulara gəlincə, bunlar Mustafa Pektemek, Veli Kavlak, ukraynalı Denis Boyko, isveçli Aleksandr Miloşeviç və kolumbiyalı Pedro Frankodur. "Beşiktaş" UEFA-nın Maliyyə "Fair Play” qaydalarına riayət etmək üçün transferlərdən 1,4 milyon avro gəlir əldə etməlidir. Ona görə də klub belə addım atmağa qərar verib.
Hələlik baş məşqçi Şenol Günəşin xidmətlərində maraqlı olmadığı bu futbolçularla bağlı real təklif yoxdur. Klub rəhbərliyi onları Türkiyə Superliqasına yeni vəsiqə qazanan klublara göndərməyi planlaşdırır.
Qeyd edək ki, "Beşiktaş”ın sözügedən "altılıq”la yollarını ayırmaq istəməsinin digər səbəbi onlara ödəniləcək illik məvacibdir. Bu futbolçular klubda qalacaqları təqdirdə, İstanbul təmsilçisi ümumilikdə 6,6 milyon avro ziyana düşəcək.
Aktual.az
Xəbər 490 dəfə oxunub.