Təsvirdə müşahidə etdiyiniz oğlanın adı Valeridir. Valeri rusdur. O çərəsiz xəstəliyə düçar olub. Onun bədəni arığlayır-əriyib yox olur. Bu səbəbdən Valeri dünyada ilk dəfə cəhd olunacaq əməliyyata girəcək. Belə ki, Valerinin başı kəsiləcək və digər bir bədənə peyvənd olunacaq.
Əməliyyatın məsuliyyətini italiyalı cərrah öz üzərinə götürüb. Həkim bu əməliyyatın uğurlu olacağına inanır və əməliyyata “Behişt işi” adını verib.
Bu əməliyyat uğurla bitərsə digər çarəsiz xəstəliklər üçün də yol açılmış olacaq. Bir dəstə cərrah əməliyyatın uğurla bitməsinə şübhə ilə yanaşır və deyirlər ki, bu əməliyyatın ölümdən də acı sonluğu ola bilər.
Əməliyyatda 100 həkim iştirak edəcək. Əməliyyat 36 saat davam edəcək. Əməliyyatın xərci 7 milyon 500 min pund olacaq.(Sizinyol.com)




Aktual.az