Suriya prezidenti Bəşər Əsəd iyun ayının əvvəlində gizli şəkildə Moskvaya səfər edib. O, səfər zamanı Rusiya prezidenti Vladimir Putinlə danışıqlar aparıb.
Aktual.az virtualaz.org-a istinadən bildirir ki, bu barədə NEWSru Israel со Livanın "Əl-Cümhuriyyə" qəzetinə istinadən məlumat yayıb.
Məlumata görə, səfərin əsas məqsədi avqustun əvvəlində ictimaiyyətə təqdim olunacaq Suriya üzrə Rusiya- ABŞ-ın birgə planıdır.
Nəşr xəbər verir ki, Əsəd Moskvaya İsrailin baş naziri Binyamin Netanyahunun Rusiyaya səfərindən bir neçə gün əvvəl gəlib. Xatırladaq ki, Netanyahu və Putin iyunun 7-də görüşüb.
Qəzet yazır ki, Əsəd və Putin danışıqlar zamanı Suriya və İsrail arasında münaqişənin dinc yolla həll olunmasını da müzakirə ediblər. Bu, post-müharibə dövründə Suriyanın qurulması üzrə sazişə əlavə olunmalıdır. Bildirilir ki, Suriya-İsrail sülh nizamlanmasının əsasını XX əsrin 90-cı illərində ABŞ prezidenti Bill Klintonun irəli sürdüyü təkliflər təşkil etməlidir.