Bəşər Əsəd etiraf etdi

Bəşər Əsəd etiraf etdi

Suriya prezidenti Bəşər Əsəd uzun müddət sonra ilk dəfə media qarşısına çıxaraq ölkənin hərbi imkanlarına dair bəzi məsələlərə aydınlıq gətirib.

Aktual.az-ın anspress-ə istinadən məlumatına görə, Bəşər Əsəd etiraf edib ki, hazırda ordunun üsyançılara qarşı müqavimət göstərə bilməsi üçün əsgəri sayı kifayət qədər deyil. Və məhz buna görə hərbi qüvvələr ölkə ərazisinin müəyyən hissəsini üsyançılara təslim etmək məcburiyyətində qalıb. Onun sözlərinə görə, istənilən halda ordu ölkədə təhlükəsizliyi təmin etməyə qadirdir.

"Terror sərhəd tanımır və onun qarşısını tənqidlərlə və ya koalisiyalarla almaq mümkün deyil. Qərb ölkələri Suriyada terrorun dəstəklənməsi üçün pul ödəyiblər. İnsanların isə gözünə kül üfürməklə, guya ki, Suriyada terrora qarşı hərbi-siyasi və informasiya təşviqatı aparırlar. Suriya Qərbə inanmır. Çünki Qərb ölkələri indiyə kimi ikili siyasət yürüdür".

Artıq 4 ildən çoxdur ki, davam edən vətəndaş müharibəsi nəticəsində ordu İdlib vilayətinin şimal-qərb hissəsinə nəzarəti itirib.

Müharibə zamanı 230 mindən çox insan öldürülüb, 4 milyona yaxın insan evlərindən qaçqın düşüb.

Müxalif qüvvələr Bəşər Əsədin hakimiyyətdən getməyini birmənalı şəkildə tələb edir.

 
Xəbər 474 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR