Beş xəstəliyin kökünü kəsdilər

Beş xəstəliyin kökünü kəsdilər

Bir çox ölkələrdə və regionda qeyd edilən epidemioloji gərginliyə baxmayaraq, respublikada aparılan tədbirlərin nəticəsində epidemioloji sabitlik qorunub saxlanılıb.
Aktual.az Trend-ə istinadən bildirir ki, Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, profilaktik və əks-epidemik tədbirlərin səmərəli həyata keçirilməsi, müasir immunlaşdırma strategiyalarının tətbiqi və çevik epidemioloji nəzarət sisteminin təşkili nəticəsində bu gün difteriya, poliomielit, qızılca, məxmərək, göyöskürək xəstəliklərinin ölkədə müşahidə edilməməsi, görülmüş işlərin bariz nümünəsidir.

Poliomielit xəstəliyinin dünya miqyasında ləğvinin yekun mərhələsi kimi peyvənd təqviminə yeni inaktivləşdirilmiş poliomielit vaksininin əlavə edilməsi və 2016-cı ilin aprel ayında 3-valentli poliomielit peyvəndinin 2-valentli vaksinlə əvəz edilməsinə hazırlıq işlərinin başa çatması önəmli hadisələrdən biridir: "Ölkədə həyata keçirilmiş genişmiqyaslı tibbi-profilaktika tədbirləri nəticəsində artıq 3 ildir ki, malyariyanın yerli yoluxması baş vermir ki, bu da səhiyyəmizin böyük uğurudur. Son illərdə epidemiya və pandemiyaların baş verməsi təhlükəsinin qarşısının alınması istiqamətində yoluxucu xəstəliklərin monitorinqi aktual məsələyə çevrilmişdir.

Bu səbəbdən 2010-cu ildən tətbiqinə başladığımız Yoluxucu Xəstəliklərin Elektron Müşahidə Sistemi daima yenilənir və təkmilləşdirilir. Bu sistem vasitəsi ilə ölkəmizdə qeydə alınan hər bir yoluxucu xəstəlik hadisəsi barədə onlayn rejimində məlumat almaq, operativ tədbirləri həyata keçirmək, epidemioloji vəziyyəti, hətta rayon səviyyəsində təhlil etmək imkanları mövcuddur. Qeyd etmək lazımdır ki, müvafiq məlumatların birbaşa Ümumdünya Səhiyyə Təşkilatına ötürülməsi təşkilat tərəfindən dəstəklənmiş və artıq mütəmadi olaraq bu proses həyata keçirilir".

Nazirliyin məlumatında qeyd edilir ki, respublika əhalisinin sanitariya-epidemioloji salamatlığının qorunması sahəsində təhlükəsiz ərzaq məhsulları və su ilə təchizatı müstəsna rol oynayır. Bu məqsədlə Səhiyyə Nazirliyi tərəfindən alınan ən müasir laborator avadanlıq, kadrların yenidən hazırlanması hesabına mikrobioloji və toksikoloji müayinələrin beynəlxalq standartlar səviyyəsində aparılması təmin olunur: "Ölkə ərazisinin təhlükəli yoluxucu xəstəliklərdən qorunması yolunda aparılmış məqsədyönlü tədbirlərin həyata keçirilməsi ölkə səhiyyəsinin prioritet fəaliyyət istiqaməti olaraq Səhiyyə Nazirliyinin rəhbərliyi tərəfindən hər zaman diqqət mərkəzində saxlanılır".

Xəbər 638 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR