Bayram günləri elan edilib.
31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il bayramı ilə əlaqədar Azərbaycanda 5 gün iş olmayacaq.
Aktual.az Oxu.Az-a istinadən xəbər verir ki, Həmrəylik Günü ilə əlaqədar 31 dekabr, Yeni il ilə əlaqədar 1-2 yanvar tarixləri qeyri-iş günü olacaq.
Yanvarın 2-si şənbə gününə təsadüf etdiyi üçün, müvafiq qanunvericiliyə əsasən, növbəti həftənin ilk günü, yəni 4 yanvar tarixi də qeyri-iş günü olacaq.
Beləliklə, ölkə əhalisi Yeni ildə 5 gün ardıcıl istirahət edəcək.