Cari ilin 5 ayı ərzində Moskvada 3523 avtomobilin qaçırılması və oğurlanması faktı qeydə alınıb.
APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Dövlət Avtomobil Müfəttişliyinin (RDAM) açıqlamasında bildirilir.
Qeyd olunan müddət ərzində axtarışda olan nəqliyyat vasitələrindən 2026-sı aşkarlanıb, onlardan 1521-i daha əvvəl qaçırılan və oğurlanan avtomobillərdir.
Cinayətlərin təhlili nəticəsində müəyyən olunub ki, avtomobil qaçırılması hallarının 52 faizi gecə, 13 faizi gündüz, 5 faizi axşam və 4 faizi səhər saatlarına təsadüf edib. Belə halların 26 faizində cinayətin törədilməsi vaxtı müəyyən edilməyib.
Aktual.az