Bərdə rayonunda qətl hadisəsi baş verib.
Aktual.az APA-ya istinadən xəbər verir ki, Rayonun Qaratapə kənd sakini Səbuhi Həsənov həyat yoldaşı, 1984-cü il təvəllüdlü Günel Həsənovanı öldürüb.
Bərdə rayon Polis Şöbəsindən bildirilib ki, hadisə gecə saat 04:00 radələrində baş verib.
Qətlin qısqanclıq zəminində baş verdiyi bildirilir.
G. Hüseynova 3 uşaq anasıdır.
Şübhəli şəxs qismində saxlanılan S. Həsənov həyat yoldaşını öldürdüyünü etiraf edib. Qadının meyiti müayinə olunduqdan sonra yaxınlarına təhvil veriləcək. Faktla bağlı Bərdə rayon Prokurorluğunda araşdırma aparılır.