Bərdə rayonunda iki gənc çayda boğularaq ölüb.
"Report"un Qarabağ bürosunun məlumatına görə, hadisə Tərtər çayının rayon ərazisindən keçən hissəsində baş verib.
Ölən şəxslərdən biri 16 yaşlı Hacıyev Təhmasib İldırım oğludur. Digər şəxsin kimliyi hələ dəqiqləşməyib.
Hər iki şəxsin meyiti sudan tapılaraq ailəsinə təhvil verilib.
Fakt bağlı Bərdə Rayon Prokurorluğunda araşdırma aparılır.
Aktual.az
Xəbər 525 dəfə oxunub.