Bərdədə doğuş zamanı faciə: Ana öldü – FOTO

Bərdədə doğuş zamanı faciə: Ana öldü – FOTO

Azərbaycanda doğuş zamanı ana ölümü olub.

"Report”un Qarabağ bürosunun məlumatına görə, Bərdə rayonu, Həsənqaya kənd sakini, 1986-cı il təvəllüdlü Əliyeva Könül Kamil qızı doğuş zamanı ölüb.
Hadisə bu gün səhər saatlarında Bərdə Rayon Mərkəzi Xəstəxanasının Doğum şöbəsində baş verib.
Ananın dünyaya gətirdiyi körpə qızın vəziyyəti stabildir.
Mərhumun yaxınları ananın ölümündə həkimlərin səhlənkarlığının olduğunu iddia edir.
Qeyd edək ki, bu, K.Əliyevanın dünyaya gətirdiyi ikinci övladıdır.
Xəbər 1115 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR