Bərdədə bir ailənin 3 üzvü dəm qazından zəhərlənib.
Aktual.az APA-ya istinadən xəbər verir ki, hadisə Bərdə şəhəri, Mirzə Fətəli Axundov küçəsi mənzil 6-da baş verib.
Şəhər sakinləri Məmmədova Yeganə İshaq qızı və onun övladları - Məmmədov İlham Tofiq oğlu və Məmmədova Zəhra Tofiq qızı dəm qazından zəhərlənmə diaqnozu ilə Bərdə Mərkəzi Rayon Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. Xəstəxanadan APA-ya verilən məlumata görə, dəm qazından zəhərlənən ailə üzvlərinin vəziyyəti ağırdır.
Faktla bağlı araşdırma aparılır.
Xəbər 621 dəfə oxunub.