Bərdə rayonunda ölüm hadisəsi baş verib.
"Report"un Qarabağ Mərkəzinin verdiyi məlumata görə, hadisə rayonun Çələbilər kəndində qeydə alınıb.
Belə ki, 1970-cu il təvəllüdlü Sevinc Süleymanova yaşadığı evdə qəflətən halı pisləyib. O, təcili tibbi yardım avtomobili ilə rayon mərkəzi xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib.
S.Süleymanovun yaxınları 49 yaşlı qadının ürəktutmasından dünyasını dəyişdiyini bildiriblər.
Xəbər 571 dəfə oxunub.