Bərdə rayonunda 33 yaşlı kişi pambıq tayasından yıxılaraq ölüb.
"Report”un xəbərinə görə, hadisə rayon ərazisində yerləşən "MTK-İK” MMC-nin pambıq zavodunda baş verib.
Belə ki, 1986-cı il təvəllüdlü Siyavuş Bayramov işlədiyi şirkətin pambıq tayasının üzərindən yıxılaraq vəfat edib.
Faktla bağlı araşdırma aparılır.
Xəbər 506 dəfə oxunub.