Benzinin qiymətində dəyişiklik gözlənilirmi?

Benzinin qiymətində dəyişiklik gözlənilirmi?

“SOCAR Petroleum” şirkəti əvvəlki qaydada işləyir və benzinin qiymətlərində heç bir dəyişiklik yoxdur.


Aktual.az Trend-ə istinadən xəbər verir ki, bunu şirkətin mətbuat katibi Üzeyir Həbibbəyli deyib.

Onun sözlərinə görə, ölkədə qiymət məsələsini tənzimləyən Tarif (qiymət) Şurası hansı qərarı versə, şirkət də ona uyğun addım atacaq: “Dollar və avronun bahalaşmasından sonra benzinin qiymətlərinə baxılması üçün şirkətdə heç bir iclas və ya toplantı keçirilməyib. Köhnə qiymətlərlə satışı davam etdiririk”.

Benzinin qiymətinə yenidən baxılıb-baxılmayacağı ilə bağlı suala “Azpetrol”dan da eyni cavab verilib. Şirkətin mətbuat xidmətinin rəhbəri Camal Zeynaloğlu Trend-ə bildirib ki, benzin və digər məhsulların satışı əvvəlki qiymətlərlə aparılır: “Qiymətlərə yenidən baxılması məqsədilə hər hansı iclas keçirilməyib”.

Qeyd edək ki, dekabrın 21-dən Azərbaycanda dollar və avro təqribən 50 faiz bahalaşıb.

Xəbər 528 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR