Portuqaliyanın "Benfika" klubu "Qarabağ"a uduzduqları UEFA Çempionlar Liqasının əsas mərhələsinin ilk oyunundan sonra baş məşqçisi Brunu Laje ilə yollarını ayırıb.
Aktual.az-ın xəbərinə görə, bu barədə Lissabon təmsilçisinin prezidenti Ruy Koşta açıqlama verib.
O, bunun üçün təəssüfləndiyini bildirib.
Funksioner həftəsonunadək yeni baş məşqçinin təyin ediləcəyini sözlərinə əlavə edib.
Qeyd edək- ki, "Qarabağ" səfərdə rəqibini 3:2 hesabı ilə üstələyib.
Xəbər 17 dəfə oxunub.