Bələdiyyəyə seçilən qadınlara kişilərlə oturmaq haram elan edildi

Bələdiyyəyə seçilən qadınlara kişilərlə oturmaq haram elan edildi
  • DÜNYA

Qadınlara ilk dəfə həm səsvermə, həm seçilmə hüququ verən Səudiyyə Ərəbistanında bu məsələ ilə bağlı yenə problem ortaya çıxıb.

Aktual.az anspress-ə istinadən bildirir ki, ötən ilik dekabr ayında ilk dəfə keçirilən bələdiyyə seçkilərində iştirak etməyə icazə verilən qadınların yerli məclisdə harada oturacağı ilə bağlı problem yaranıb.

Ciddə şəhərindəki Bələdiyyə şurasının deputatı seçkilərində qalib gələn iki qadın toplantı otağında otura bilmir. Belə ki, onlar iclas keçirilən zala girmək istədikdə kişilərin sərt reaksiyası ilə üzləşiblər. Əks cinsin nümayəndələrinə qadınların kişilərlə bir yerdə oturması haramdır.

Bundan bir neçə gün sonra qadınların başqa bir otaqda oturmaları, iclaslarda isə telefon bağlantı vasitəsilə iştirakı haqqında qərar verilib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanında dekabr seçkiləri zamanı ümumilikdə 17 qadın seçilib. Ümumilikdə namizəd qismində 978 qadın və 5938 kişi qeydiyyatdan keçmişdi. Səudiyyə Ərəbistanında mövcüd olan ciddi cinslərarası seqreqasiyaya görə qadınlar təbliğat-təşviqat kampaniyası zamanı arakəsmə arxasından çıxış ediblər, bəzi qadınları isə bu zaman kişilər təmsil ediblər.

Seçkilər özü də Səudiyyə Ərəbistanı üçün nadir hadisədir. Bu dəfəki seçki ölkə tarixində üçüncüdür. 1965-2005-ci illərdə Səudiyyə Ərəbistanında ümumiyyətlə seçki keçirilməyib.

Qadınlara seçkilərdə iştirak etmək hüququnun verilməsinə dair qərarı isə mərhum kral Abdulla qəbul edib. İslahatlar haqda elan edən kral artıq Səudiyyə qadınlarının düzgün qərar qəbul etmə və məsləhət vermə bacarığının olduğunu sübut etdiklərini bildirib.

Ölkədə keçirilən tarixi seçki prosesi dünya mediasının gündəmini zəbt edib. Sosial şəbəkələrdə sürətlə #saudiwomenvote və #saudielection heşteqləri yayılıb.

Xəbər 279 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR