Bələdiyyələrin Dövlət reyestri haqda qanununa dəyişiklik edildi

Bələdiyyələrin Dövlət reyestri haqda qanununa dəyişiklik edildi

İlham Əliyev “Bələdiyyələrin Dövlət reyestrinin aparılması və onlara şəhadətnamənin verilməsi haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 10 fevral tarixli 215 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə Fərman imzalayıb.

Aktual.az xəbər verir ki. Fərmanda deyilir:

“Bələdiyyələrin Dövlət reyestrinin aparılması və onlara şəhadətnamənin verilməsi haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010 cu il 10 fevral tarixli 215 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 2, maddə 79, № 5, maddə 400) aşağıdakı dəyişikliklər edilsin:

1. 2.3-cü bənddə “Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi” sözləri “Əmlak Məsələləri Dövlət Komitəsi” sözləri ilə əvəz edilsin.

2. 3-cü və 4-cü hissələr ləğv edilsin.

Xəbər 531 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR