Referendum üzrə təbliğat-təşviqat kampaniyası çərçivəsində Sabirabadın Kürkəndi kəndində "Bələdiyyə" Təşviqat qrupunun görüşü keçirilib.Tədbirdə Yeni Azərbaycan Partiyasının Sabirabad rayon təşkilatının sədri Nadir Quliyev və "Bələdiyyə" Təşviqat Qrupunun vəkili Nihad Allahyarlı iştirak edib.
Nadir Quliyev tədbir iştirakçılarını salamlayaraq, seçiciləri referundumda aktiv iştirak eməyə və Konstitusiyaya təklif edilən əlavə və dəyişiklikləri dəstəkləməyə çağırıb.
Vəkil Nihad Allahyarlı deyib ki, Prezident İlham Əliyevin təşəbbüskarı olduğu "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının Referendum Aktı layihəsi ölkəmizdə dövlətçiliyin güclənməsinə, cəmiyyətin yüksək inkişafının təmin edilməsinə yönəlmiş növbəti təşəbbüs kimi xüsusi əhəmiyyətə malikdir:" Dünyanın ən aparıcı dövlətlərində 1-ci vitse-prezident və vitse-prezident institutları mövcuddur. Bu institut Respublikada modern bir mexanizm olaraq, çevik idarəetmə sisteminin formalaşmasına xidmət edəcəkdir. Bu dəyişiklik daha çevik idarəetmə xüsusiyyətlərini formalaşdıracaq".
N.Allahyarlı bildirib ki, Konstitusiyaya təklif edilən əlavə və dəyişikliklərlə yaş senzinin aradan götürülməsi gənclərin gələcəyi üçün yeni imkanlar açır.