Bələdiyyə sədri: "Qənirə Paşayevanın təklifinə mütləq baxılacaq" - FOTOLAR

Bələdiyyə sədri:

Aktual.az turkustan.info-ya istinadən xəbər verir ki,Türkiyənin Əskişəhər bölgəsində Xocalı Soyqırımı ilə bağlı konfrans verməyə gedən millət vəkili Qənirə Paşayeva Təpəbaşı bələdiyyə başqanı Ahmet Atac ilə görüşüb.

Görüş zamanı Azərbaycan ilə Türkiyənin bəzi şəhərlərinin və bələdiyyələrinin qardaş şəhərlər və bələdiyyələr olduğunu bildirərək, qədim Təpəbaşının da Azərbaycan bölgələrindən biri ilə qardaş olaraq görmək istədiklərini bildirən millət vəkili Qənirə Paşayeva bələdiyyə başqanı ilə Dağlıq Qarabağ problemi, Xocalı Soyqırımı, qondarma erməni soyqırımı iddiaları ilə bağlı da fikir mübadiləsi aparıb və yaxın zamanlarda Təpəbaşının mərkəzi parklardan birinə Qarabağ adının veriləcəyinə inandığını deyib və Təpəbaşı bələdiyyəsi tərəfindən bu cür addımın atılmasının böyük əhəmiyyətindən, vacibliyindən danışıb.

Aryən Təpəbaşı bələdiyyə başqanı Ahmet Atac Türkiyənin və Azərbaycanın bir millət iki dövlət olduğunu vurğulayaraq Təpəbaşı bələdiyyəsinə rəhbərliyi dövründə Azərbaycanla bütün istiqamətlərdə əməkdaşlığın inkişafına xüsusi önəm və diqqət edəcəyini deyərək qardaş bələdiyyələr məsələsi ilə də bağlı addımlar atılacağını deyib. Bələdiyyə başqanı hər zaman qardaş Azərbaycanın yanındayıq deyib və millət vəkili Qənirə Paşayevanın Təpəbaşında Qarabağ parkı təklifinə mütləq baxılacağını deyib.

Bələdiyyə başqanına müəllifi olduğu “Qənirə Paşayeva ilə addım-addım Türk dünyası” kitabı barədə danışan Qənirə Paşayeva kitabın növbəti hissələrində qədim Təpəbaşının da yer alacağını bildirib və Azərbaycan insanına Əskişəhəri, Təpəbaşını daha da geniş tanıdacaq bu hədiyyə mənim bu qədim bölgəmizə sevgimi də göstərəcək deyib. Görüş zamanı son günlər bölgədə daha da gərginləşən vəziyyət, Türk dünyasının müxtəlif bölgələrində yaşayan soydaşlarımızın acı və üzüntüləri ətrafında da müzakirələr aparılıb.

Görüşün sonunda millət vəkili Qənirə Paşayeva Təpəbaşı bələdiyyə başqanı Ahmet Ataca həmmüəllifi olduğu “Karabağ hikayeleri” kitabını, Azərbaycan tarixi, mədəniyyəti, Qarabağ həqiqətlərini özündə əks etdirən kitablar, filmlər hədiyyə edib və onu Azərbaycana dəvət edib. Azərbaycanı çox görmək istədiyin deyən bələdiyyə başqanı dəvəti böyük məmuniyyətlə qəbul etdiyini və Azərbaycana gələcəyini deyib.

Görüşdə iştirak edən Əskişəhərdə fəaliyyət göstərən Azərbaycan Dərnəyinin başqanı Cavid Məmmədov, İzmirdə fəaliyyət göstərən Azərbaycan Qardaşlıq və İşbirliyi Dərnəyinin rəhbəri Asif Qurban bir sıra fikir və təkliflərlə çıxış ediblər, geniş fikir mübadiləsi aparılıb.

Aktual.az

Xəbər 724 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR