İmza vərəqələrini qaytaran 16 294 namizəddən 16 238 nəfərin namizədliyi qeydə alınıb.
Aktual.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasında bu gün keçirilən mətbuat konfransda MSK sədri Məzahir Pənahov deyib.
O bildirib ki, imza vərəqələrini qaytaranların 99,7%-i qeydə alınıb: "Bu, çox böyük rəqəmdir. Sonrakı proseslərdə bəziləri namizədliyini geri götürüb və yekunda 16 092 nəfər namizəd kimi qeydə alınıb və onların adı seçki bülletenlərinə daxil edilib”.
MSK sədri qeyd edib ki, namizədlərin yarıdan çoxu siyasi partiyaların nümayəndələridir: "Seçki bülleteninə daxil olan namizədlərdən 8 424 nəfəri siyasi partiya nümayəndəsidir. Ümumilikdə qeydə alınanların 31%-dən çoxu qadınlardır. Bu, sevindirici haldır. Namizədlərin 82%-i isə ali təhsillidir. Eyni zamanda, namizədlərin təxminən 41%-i 21-35 yaş aralığındadır”.
Məzahir Pənahov onu da vurğulayıb ki, təşviqatla bağlı MSK-ya heç bir müraciət, şikayət daxil olmayıb.
Xəbər 137 dəfə oxunub.