Türkiyənin məşhur aktrisası, "Sadece sen" və "Aşk tesadüfleri sever" filmləri ilə şöhrət qazanan Belçim Bilgin "Instyle" jurnalı üçün fotosessiyaya çəkilib.
Milli.Az Türkiyə mətbuatına istinadən bildirir ki, onun hovuz kənarında çəkilən şəkilləri maraqla qarşılanıb.
Qeyd edək ki, aktrisa hal-hazıra "Kördüğüm" serialına çəkilir.