Belçika Krallığının xarici işlər naziri Xədicə Lahbib Azərbaycanda səfərdədir.
Bu barədə
Aktual.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.
Xatırladaq ki, Belçika XİN başçısının regiona səfəri avqustun 22-də başlayıb.
O, Ermənistana gedib və həmin səfər çərçivəsində ölkənin baş naziri və XİN başçısı ilə görüşərək ermənipərəst mövqe nümayiş etdirib. Hətta "erməni soyqırımı” abidəsini də ziyarət edib.
Avqustun 23-də isə X. Labib Gürcüstanda olub.
Xəbər 462 dəfə oxunub.