Belçikalılar ölkə sərhədlərinin bağlanmasını istəyir

Belçikalılar ölkə sərhədlərinin bağlanmasını istəyir

Belçika vətəndaşlarının yarısı ölkə sərhədlərinin bağlanılmasının lehinədir. Trend TASS-a istinadən xəbər verir ki, bu barədə Belçikanın "Soiree" qəzeti yazır.

Qəzet tərəfindən keçirilmiş içtimai sorğunun nəticələrinə əsasən, ölkə əhalisinin 50 faizi Belçikanın xarıcı sərhədlərinin bağlanılmasını və miqrasiyaya qadağa qoyulmasını istəyir.

Nəşr yazır ki, sorğuda iştirak edənlərin 30 faizi hesab edir ki, ölkədə yaşayan müsəlman ictimaiyyəti ekstremistlərə və terror aktlarının təşkilatçılarına tolerant yanaşır.

Qeyd edək ki, Belçika polisi 4 ay ərzində Parisdəki terror aktlarında əsas şübhəli şəxs kimi axtarışda olan və 14 noyabrda Fransadan Brüsselə qayıdan Salah Abdeslamı axtarıb. Ehtimallara ğörə, bu vaxt ərzində S.Abdeslam Brüsselin Molenbek kommunasında, qohum və tanışların evində gizlənib.

Xəbər 231 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR